AFFA-nın təşkil etdiyi liqalarda bir sıra xoşagəlməz hadisələr yaşanıb. Matç.az saytı xəbər verir ki, bunları müzakirə edən qurumun İntizam Komitəsi günahkarları cəzalandırıb.

Hakimi söyən futbolçularla məşqinin cəzası fərqli olub. U-17 Liqasının "Xəzər Lənkəran"la oyununda hakimi təhqir edən "Keşlə"nin futbolçusu Nəcməddin Şirinli və U-16 Liqasının "Qarabağ"la görüşündə eyni hərəkətə yol verən "ROİL"in oyunçucu Səyyad Xantəmirov 4 turluq cəzalandırılıb. U-13 Liqasının "Səbail"lə matçında "Sabah"ın məşqçisi Elmir Zeynalov hakimi təhqir etsə də, cəzası daha yüngül – 3 oyunluq olub.

üç görüşdə isə texniki nəticə verilməsi qərara alınıb. U-12 Liqasının "Şirvanovka" ilə oyununda "ŞKGB" komandasanın heyətində yetər say olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. U-11 Liqasının "Qələmcə" ilə qarşılaşmasında "Qazax Gəncləri"nin heyətində protokolda adı olmayan futbolçunun iştirak etdiyindən kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. U-10 Liqasının, "Təhsil RİM"lə goruşündə iştirak etməyən ROFM komandası da eyni cəzanı alıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest