"Tottenhem"in müdafiəçisi Kiran Trippier İtaliyaya köçməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 29 yaşlı oyunçu karyerasını "Napoli"də davam etdirəcək.

İngiltərə millisinin üzvü Neapol təmsilçisi ilə hərtərəfli anlaşıb. Tərəflər arasında ilkin müqavilə imzalanıb. Lakin "Tottenhem" çempionlar Liqasının final matçından əvvəl italyanlarla danışıq aparmağa razı deyil. London təmsilçisi gələn aydan "Napoli"nin təklifini dəyərləndirəcək.

Qeyd edək ki, Kiran Trippierin "Tottenhem"lə müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest