PSJ-nin hücumçusu Kilian Mbappenin taleyinə aydınlıq gəlib. Matc.az saytının klubun tvitter səhifəsinə istinadən məlumatına görə, 20 yaşlı forvard növbəti mövsümü də Parisdə keçirəcək.

Belə ki, fransızlar milli üzvünün komandada qalacağını bəyan edib: "PSJ ilə Mbappe arasında əməkdaşlıq gələn mövsüm də davam edəcək. Həm klub, həm də futbolçu Avropa futbol tarixinə düşmək istəyir. Klubun 50 illiyi komandanın tarixində yeni bir səhifə yazmaq üçün ən yaxşı fürsətdi. Bu üzdən hər bir oyunçu maksimum fayda verməlidi".

Qeyd edək ki, Mbappe özü son açıqlamasında komandasını dəyişə biləcəyini istisna etməmişdi. "Real" onu 250 milyon avroya transfer etmək niyyətindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest