İspaniya Kral Kubokunun final oyununu idarə edəcək hakim müəyyənləşib. Matc.az saytının məlumatına görə, İspaniya Futbol Federasiyası həlledici qarşılaşmanın ədalət təmsilçisinin adını açıqlayıb.

Mayın 25-də Sevilyanın "Benito Vilyamarin" stadionunda keçiriləcək "Barselona" - "Valensiya" qarşılaşmasında Alberto Undiano Malyenko fit çalacaq. Bu, İspaniyada mövsümün son oyunu olmaqla yanaşı, 46 yaşlı referinin də karyerasının vida görüşü olacaq.

Qeyd edək ki, "Barselona" bu mövsüm İspaniya La Liqasının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest