16 Mart 2025, 22:31
FUTBOL
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
"Sabah"ın yarımmüdafiəçisi İbrahim Xəlilov zədələndiyi üçün onun yerinə "Qarabağ"ın üzvü Kənan İsmayılov milliyə dəvət olunub.
Qeyd edək ki, U-17 martın 17-dən 19-dək Bakıda, 20-dən 27-dək Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı keçəcək. Komandamızın martın 23-də və 26-da Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə iki yoxlama görüşü təşkil olunacaq.