çexiyanın Gənclər Liqasında əsas mərhələnin VIII turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi "Slaviya" növbəti görüşünə çıxıb.

Komanda səfərdə "Jihlava" ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan qələbə ilə ayrılıb - 4:2. Meydana çıxdığı 25 oyunda vurduğu 19 qolla komandasının ən məhsuldar futbolçusu olan Nəbiyev bu görüşün iştirakçısı olmayıb.

"Slaviya"nın U-21 komandası hazırda 19 xalla 10 komanda arasında 1-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest