Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-dan yığmanı tərk edəcək Didye Deşamın davamçısı kimi hansı məşqçini gördüyü sualına cavab verib.

Matc.az xəbər verir ki, o, əsas qərarı Federasiyanın verəcəyini deyib:

- Deşamın yeni varisi ilə bağlı çoxlu fərziyyələr var. Hər hansı namizədiniz varmı?
- Bilmirəm. Kimə işarə etdiyinizi başa düşürəm, amma onun haqqında danışmayacağam, çünki bu mənim vəzifəm deyil. Federasiyanın prezidenti var, qərarlar verir. Hamı Zidandan danışır. Lakin bu haqda danışmaq bizim işimiz deyil.

- Yenə də Deşamın ideal varisi haqqında fikrin varmı?
- Zinəddin Zidan! Amma, bayaq dediyim kimi, qərar verəcək Fransa Futbol Federasiyasının prezidenti olacaq, bu vəzifə ona məxsusdur. Görək o, hansı kriteriyalara əsaslanaraq qərarını verəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest