"çelsi" baş məşqçi postunda dəyişiklik etməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, rəhbərlik Avropa Liqasının finalından sonra Mauritsio Sarrini istefaya göndərəcək.

"Zadəganlar" hətta Bakıdakı final qarşılaşmasını qazansa belə, italiyalının gedişini qərarlaşdırıb. Sarrini əvəzləyəcək mütəxəssis də artıq bəllidi. Belə ki, rəhbərlik "Derbi Kaunti"nin çalışdırıcısı Frenk Lempardı bu posta gətirmək niyyətindədi. London klubu əfsanəvi oyunçunun dönüşünün həm komanda daxilində, həm də azarkeşlər arasında müsbət qarşılanacağını düşünür.

Qeyd edək ki, Frenk Lempard 2001-2014-cü illərdə "çelsi"nin heyətində 648 oyun keçirib, 211 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest