20 Mart 2025, 12:19
FUTBOL
“Milan” yayda yollarını ayıracağı ilk futbolçunu müəyyənləşdirib. Matc.az xəbər verir ki, Teo Ernandes mövsümün sonunda özünə yeni komanda axtarmalı olacaq.
Çünki “rossonyerlər” 27 yaşlı müdafiəçiyə yeni müqavilə təklif etməyəcək. Teonun hazırkı sözləşməsi 2026-cı ilin yayına qədərdi. Klub rəhbərliyi yayda fransalını 50 milyon avroya satmağı planlaşdırır.
Qeyd edək ki, Teo Ernandes 2018-ci ildən “Milan”ın formasını geyinir.