21 Mart 2025, 18:00
FUTBOL
Türkiyə milli komandasının UEFA Millətlər Liqası pley-off mərhələsinin Macarıstanla cavab oyununun hakimi açıqlanıb.
Matc.az xəbər verir ki, qarşılaşmanı almaniyalı referi Feliks Zvayer idarə edəcək.
Görüş 23 mart tarixində, Bakı vaxtı ilə saat 21:00-da "Puşkaş Arena"da baş tutacaq.
Qeyd edək ki, Türkiyədə keçirilən ilk oyun ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.