Bu gün futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları keçirilib.

Matc.az xəbər verir ki, ikinci oyun günündə I, J və L qruplarında 6 qarşılaşma baş tutub.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələnin D qrupunda yer alıb. Bu qrupda oyunlar sentyabrın 5-də başlayacaq. UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin Xorvatiya – Fransa cütünün qalibi də bu qrupda yer alacaq.

DÇ-2026
Seçmə mərhələ
22 mart

I Qrupu

Lixtenşteyn – Şimali Makedoniya - 0:3
Qollar: 
Traykovski, 7, Musliuy, 42, Miovski, 84

Uels – Qazaxıstan - 3:1
Qollar: 
Ceyms, 9, Davis, 47, Matondo, 90 // Taqibergen, 32 (pen) 

J Qrupu

Moldova – Norveç - 0:5
Qollar: 
Ryerson, 5, Haaland, 23, Aasqaard, 38, Sörlot, 43, Donnum, 69

İsrail – Estoniya - 2:1
Qollar:
 Heyn, 23 (aq), Dasa, 75 // Paskotsi, 10

L Qrupu

Monteneqro – Cəbəllütariq - 3:1
Qollar: 
Yovetiç, 22, Tuçi, 70, Maruşiç, 73 // Bent, 13 

Çexiya – Farer Adaları - 2:1
Qollar:
 Şik, 25, 85 // Vatnhamar, 83

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest