"Mançester Yunayted" sol hücum cinahını Ukrayna millisinin forvardı ilə gücləndirə bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Todofichajes" paylaşıb.

Mançester klubu yayda "Çelsi"nin futbolçusu Mixail Mudrik heyətinə qatmaq istəyir. "Qırmızı şeytanlar"ın rəhbərliyi Mudrikin köməyi ilə, Markus Reşfordun "Aston Villa"ya getməsindən sonra argentinalı Alexandro Qarnaçonun yalnız qaldığı hücumun sol cinahında rəqabəti gücləndirməyi planlaşdırır.

"Mançester Yunayted"in təxminən 40-50 milyon avroya transfer etməyi planlaşdırdığı, Mixail Mudrikin transferi ilə bağlı yekun qərarın isə komandanın baş məşqçisi Ruben Amorim tərəfindən veriləcəyi bildirilir.

Qeyd edək ki, İngiltərə Futbol Assosiasiyası 2024-cü ilin dekabrında Mudrikin yarışlarda iştirakını müvəqqəti olaraq dayandırıb. Mətbuatda ukraynalı futbolçuya inəkdən götürülmüş kök hüceyrə iynəsi vurulması və bu dərmanın tərkibində meldonium ola biləcəyi barədə məlumatlar yayılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest