23 Oktyabr 2018, 17:02
FUTBOL
"Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsinin III turunda keçiriləcək "Vorskla" ilə görüşü stadiondan izləyəcək azarkeşlər üçün addım atıb. Matç.az klubun rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda baş tutacaq görüşdə azarkeşlərimizin arenaya rahat gəlib-gedişini təmin etmək üçün ictimai dayanacaq ayrılacaq.
Klub tərəfindən azarkeşlərin xidmətində olacaq avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl istifadə etmək mümkün olacaq. Oyuna təşrif buyuran azarkeşlər saat 17:55-dən başlayaraq həmin dayanacaqdan istifadə edə biləcək.
Qeyd edək ki, "Qarabağ"ın "Vorskla"yla matçına bilet satışa davam edir.