"Barselona" 28 yaşlı müdafiəçi Andreas Kristensenlə müqaviləsinin 30 iyun 2026-cı ilə qədər olmasına baxmayaraq, bu yay yollarını ayırmağa hazırlaşır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.

Bildirilir ki, zədə səbəbindən mövsümün böyük hissəsini buraxan Kristensenin yaydan əvvəl bir neçə dəfə meydana çıxmağı Kataloniya klubu üçün vacibdir. "Barseloan" potensial alıcılara danimarkalı futbolçunun yüksək səviyyədə çıxış etmək bacarığını göstərmək istəyir. Eyni zamanda, klub Kristensenin nümayiş etdirdiyi peşəkarlıq səviyyəsindən razıdır.

"Barselona" "Bayer"in mərkəz müdafiəçisi Conatan Tanı 28 yaşlı futbolçunun əvəzedicisi kimi görür. İspaniya klubu futbolçunu yay "transfer pəncərəsi"ndə almaq istəyir.

Xatırladaq ki, 2024-cü il avqustun əvvəlində Kristensen sol ayağındakı zədəyə görə sıradan çıxıb. Bu mövsüm o, bir matçda iştirak edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 15 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest