Səfərdəki görüşü İngiltərədən, Bakıdakı qarşılaşmanı isə Kiprdən olan hakimlər briqadası idarə edəcək.
AVRO-2026-nın əsas mərhələsi çərçivəsində futzal üzrə Azərbaycan millisinin aprelin 11-də səfərdə İsveçlə, 4 gün sonra Bakıda Xorvatiya yığması ilə keçirəcəyi oyunlara təyinatlar açıqlanıb. Matc.az xəbər verir ki, səfərdəki görüşü İngiltərədən, Bakıdakı qarşılaşmanı isə Kiprdən olan hakimlər briqadası idarə edəcək.
21:00. İsveç - Azərbaycan
Hakimlər: Peter Nurse, Jordan Griffiths, Oliver Rodrigez-Ballinger
(Hakimlər briqadası İngiltərədəndir)
Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)
Timekiper: Corc Jansizian (İsveç)
11 aprel. Helsinqborq Arena.
20:00. Azərbaycan - Xorvatiya
Hakimlər: Yianqos Yianqu, Nikolas Nikolau, Teoçaris Teoçarous
(Hakimlər briqadası Kiprdəndir)
Hakim-inspektor: Gjergji Bitri (Malta)
15 aprel. Bakı İdman Sarayı.