“Nyukasl”ın yarımmüdafiəçisi Entoni Qordon İngiltərə millisinin düşərgəsini tərk edib. Matc.az xəbər verir ki, buna səbəb onun bud nahiyəsindən zədə almasıdı.

Qordon DÇ-2026-nın seçmə mərhələsinin Albaniya ilə (2:0) oyunun 74-cü dəqiqəsində meydana daxil olub və qısa müddət sonra bud nahiyəsində narahatlıq hiss edib. Qarşılaşmadan sonra İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel 24 yaşlı orta sahə oyunçusunun vəziyyəti ilə bağlı narahatlığını ifadə edib.

Tibbi müayinədən sonra Qordonun Latviya ilə qarşılaşmada iştirak etməməsi qərara alınıb.

Qeyd edək ki, Entoni Qordon ilk dəfə ötən ilin martında İngiltərə millisinə dəvət alıb. Bu müddət ərzində o, 9 oyun keçirib, 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest