“Real”ın müdafiəçisi Ferlan Mendi mövsümün sonunda komandadan ayrılmaq ehtimalı ilə üz-üzədi. Matc.az xəbər verir ki, futbolçunun gələcək taleyi rəhbərlik tərəfindən yayda müəyyən ediləcək.

Mendinin komandada qalması Karlo Ançelottinin baş məşqçi postunda qalıb-qalmayacağından asılı olacaq. Əgər klub yeni baş məşqçi ilə müqavilə bağlasa, onun qərarına əsasən Mendi komandada qala bilər. Əks təqdirdə Ançelotti cinah oyunçusuna ehtiyac duymayacaq.

Qeyd edək ki, fransalı müdafiəçi bu mövsüm La Liqada 14 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest