26 Mart 2025, 16:13
FUTBOL
“Liverpul”un müdafiəçisi Vircil van Deyk mövsümün sonunda klubdan ayrılmaq qərarına gəlib. Matc.az xəbər verir ki, 33 yaşlı futbolçu bu addımı komandanın uğursuz nəticələrindən sonra atıb.
Belə ki, “qırmızılar” Çempionlar Liqasından kənarda qalıb və İngiltərə Liqa Kubokunun finalındakı məğlub olub. Yayda azad agent statusu alacaq van Deyk transfer ödənişi olmadan başqa kluba keçə biləcək.
PSJ Niderland millisinin üzvünə maraq göstərir. Parislilər ulduz futbolçunun keçidi üçün onun meneceri ilə danışıqlara başlayıb.