"Mançester Siti" "Sauthempton" və İngiltərə U-21 millisinin cinah oyunçusu Tayler Diblinqlə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

"Şəhərlilər" bu yay 19 yaşlı gənc futbolçunu transfer etməyi planlaşdırır.

"Sauthempton" öz akademiyasının yetirməsi ilə yollarını ayırmağa hazırdır. Bununla belə, tələb olunan transfer haqqı 118 milyon avro təşkil edir ki, bu da potensial alıcılar üçün çətinlik yaradır.

Qeyd edək ki, Tayler Diblinq bu mövsüm "Sauthempton"un heyətində bütün turnirlərdə 30 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest