"çelsi" yeni transfer rəsmiləşdirib. Matc.az saytının məlumatına görə, London klubu "Borussiya"dan Kristian Pulisiçin keçidini elan edib.

ABŞ yığmasının oyunçusu ilə hələ yanvar ayında – ara transfer dönəmində razılıq əldə edilsə də, anlaşmaya əsasən, keçid mövsümün sonunda rəsmiləşib.

Londonlular Pulişiçə qarşılıq almanlara 64 milyon avro ödəyəcək.

Qeyd edək ki, "çelsi" mayın 29-da Bakıda keçiriləcək Avroliqanın final oyununda "Arsenal"la qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest