"Neftçi"nin futbolçusu Ruslan Abışovun durumu bəlli olub. Matç.az klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, zədə üzündən komandadan ayrı düşən 31 yaşlı müdafiəçi hazırda Almaniyadadı.

"Ağ-qaralar"ın kapitanı əməliyyatdan sonrakı bərpa prosesini bu ölkədə keçir.

Qeyd edək ki, Ruslan Avropa Liqasının I təsnifat mərhələsinin "Uypeşt"lə cavab oyununda zədələnib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest