"çelsi" keçmiş baş məşqçisi Antonio Konte ilə olan məhkəmə çəkişməsində məğlub olub. Matc.az saytının məlumatına görə, italiyalı çalışdırıcı istefaya göndərilməsi ilə bağlı qarşı tərəfi məhkəməyə vermişdi.

Qərara görə London klubu Konteyə 9 milyon funt-sterlinq kompensasiya ödəyəcək. Komandanın bu qərardan apelyasiya şikayəti vermək hüququ var.

Qeyd edək ki, "çelsi" 2003-cü ildən – Abramoviçin rəhbərliyi altına keçəndən bəri müxtəlif məşqçilərə 90 milyon funt-sterlinq kompensasiya ödəyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest