Topaz Premyer Liqasında 2018/19 mövsümü başa çatıb. Matc.az saytının məlumatına görə, "Qəbələ" mövsümün yekunlarına aid statistik göstəriciləri paylaşıb.

Mövsüm ərzində UEFA Avropa Liqası, Azərbaycan kuboku və Topaz Premyer Liqasında mübarizə aparan "qırmızı-qaralar" ümumilikdə 35 oyun keçirib.

Komanda 4-cü yeri tutduğu Premyer Liqada 28 matçda qüvvəsini sınayıb. "Qəbələ"nin çalışdırıcısı Sənan Qurbanov bu matçlarda 24 futbolçuya şans verib. Onlardan üçü – Urfan Abbasov, Ceyms Adeniyi və Stiven Monroz hamıdan çox 25 dəfə meydana çıxıb.

çempionatda 2163 dəqiqə oynayan Abbasov komanda yoldaşlarını qabaqlayıb. 24 futbolçudan 13-ü matçların yarıdan çoxunda şans qazanıb.

Mövsüm ərzində 31 qol vuran "Qəbələ"nin heyətində 12 futbolçu fərqlənib. "Qırmızı-qaralar"ın ən yaxşı bombardiri Ceyms Adeniyidir. Nigeriyalı legioner 10 qola imza atıb.

Stiven Monrozun hesabında 6 top var. Rauf Əliyev 4, Davit Volkov 2 dəfə rəqib qapılarına yol tapıb. Digər 8 futbolçu hərəyə 1 dəfə qol sevinci yaşayıb.

31 qoldan biri rəqibin avtoqolu sayəsində gerçəkləşib. Bəxtiyar Həsənalızadə ("Zirə") öz qapısına qol vurub.

Futbolçu – oyun – dəqiqə - qol – penalti/dəqiqə - sarı – qırmızı

Urfan Abbasov 25 2163 1 - 6 -

Ceyms Adeniyi 25 2155 10 - 6 -

Stiven Monroz 25 2138 6 - 2 -

Vojislav Stankoviç 24 2160 1 - 6 -

Cavid Hüseynov 24 1879 1 1/1 6 -

Bəhlul Mustafazadə 23 1886 1 - - 1

Rauf Əliyev 23 1512 4 - 4 2

Sabien Lilay 23 1469 - - 1 -

Lalavele Atakora 23 1437 1 - 2 -

Asif Məmmədov 22 900 1 - 2 -

Dmitri Bezotosnı 21 1844 -19 1/1 1 -

Elvin Camalov 21 1636 - - 9 -

İlqar Qurbanov 18 1179 - - 3 -

Davit Volkov 13 873 2 - 3 -

Amin Seydiyev 12 1069 - - 4 -

Rasim Ramaldanov 12 818 1 - 4 -

Qismət Alıyev 12 781 - - 2 -

Təmkin Xəlilzadə 11 945 1 1/1 3 2

Aqil Məmmədov 4 360 -7 - 2 -

Anar Nəzirov 4 268 -6 1/1 - -

Roman Hüseynov 3 63 - - - -

Rövlan Muradov 1 78 - - 1 -

Murad Popov 1 48 -1 - - - 

Samir Qurbanov 1 12 - - - -

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest