Petr çex mövsümün sonunda sabiq klubu "çelsi"yə qayıdacaq. Matc.az saytının məlumatına görə, bu barədə iddia ilə İngiltərə mətbuatı çıxış edib.

Bildirilib ki, Avropa Liqasının Bakıda keçiriləcək final oyunundan sonra karyerasını bitirəcəyini açıqlayan çexiyalı "çərçivə qoruyucusu" "zadəganlar"ın idman direktoru olacaq.

2017-ci ilin noyabrında Maykl Emanolanın istefasından sonra London klubunda sözügedən vəzifə boş qalıb.

Qeyd edək ki, 2004-cü ildə "Renn"dən "çelsi"yə keçən çex London klubu ilə 11 mövsümdə 4 İngiltərə çempionluğu, 1 çempionlar Liqası olmaqla ümumilikdə 11 kubok qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest