Türkiyə II liqasında I liqaya vəsiqə uğrunda pley-off oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Toğrul Eratın formasını geyindiyi "Fatih Karagümrük" bu mərhələdə növbəti oyununa çıxıb.

Komanda yarımfinalda doğma meydanda "Manisa BB" ilə qarşılaşıb. İlk görüşdə minimal hesabla (0:1) uduzan "Fatih Karagümrük" cavab qarşılaşmasında inamlı qələbə qazanmaqla finala yüksəlib – 2:0. Toğrul bu görüşün iştirakçısı olmayıb və sona qədər ehtiyatda qalıb.

"Fatih Karagümrük" finalda "Sakaryaspor"la üz-üzə gələcək. Mayın 28-də keçiriləcək həlledici oyunda qələbə qazanacaq kollektiv I liqaya vəsiqə əldə edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest