Sabah futzal üzrə Azərbaycan kubokunda 2018/2019 mövsümünə yekun vurulacaq. Matc.az xəbər verir ki, qalib adı uğrunda EKOL və "Advokat" qarşılaşacaq.

Əvvəlki 24 kubok mövsümündə 10 komanda yarışın qalibi olub. Müxtəlif adlarla çıxış edən "Neftçi" hamıdan çox – 6 dəfə (1994/95, 1995/96, 2009/10, 2012/13, 2013/14, 2016/17) kuboku başı üzərinə qaldırıb. Araz" 5 dəfə (2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09) bu mükafata sahib olub.

Digər kubok sahiblərindən EKOL 3 (2010/11, 2011/12, 2015/16), "Avtomobilçi" (1996/97, 1997/98), "Azərneftyanacaq" (1999/00, 2000/01) və "Gömrükçü" (2001/02, 2002/03) hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Dörd komanda isə bir dəfə belə uğura nail olub. "Nabspor" 1998/99, "Turan AİR" 2003/04, "Fənər" FK 2014/15 və "Marafon Futsal" 2017/18 mövsümündə kuboku qazanıb. Maraqlıdı ki, kubokun son qalibi, eləcə də finalçı komanda cari mövsümdə iştirak etmir.

 

Azərbaycan kubokunun qalibləri

1994/95. "Neftçi"

1995/96. "Neftçi"

1996/97. "Avtomobilçi"

1997/98. "Avtomobilçi"

1998/99. "Nabspor"

1999/00. "Azərneftyanacaq"

2000/01. "Azərneftyanacaq"

2001/02. "Gömrükçü"

2002/03. "Gömrükçü"

2003/04. "Turan" AİR

2004/05. "Araz"

2005/06. "Araz"

2006/07. "Araz"

2007/08. "Araz"

2008/09. "Araz"

2009/10. "Neftçi" İSM

2010/11. EKOL

2011/12. EKOL

2012/13. "Neftçi" İSM

2013/14. "Neftçi" İSM

2014/15. "Fener" FK

2015/16. EKOL

2016/17. "Neftçi" İK

2017/18. "Marafon Futsal"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest