"Sevilya"da icarə əsasında çıxış edən "Milan"ın hücumçusu Andre Silva İspaniya klubundan ayrılıb. Matc.az xəbər verir ki, bunu portuqaliyalı forvard özü açıqlayıb.

O, sosial şəbəkə hesabı vasitəsilə "Sevilya" ilə vidalaşıb: "Daha bir mövsüm başa çatır. "Sevilya"ya inanılmaz qəbula görə təşəkkürümü bildirirəm. Bu şəhər və komanda mənim çox xoşuma gəldi".

"Sevilya" Portuqaliya millisinin üzvünü ötən ilin yayında 5 milyon avroya icarəyə götürmüşdü. İspaniya təmsilçisi onu 30 milyon avroya birdəfəlik transfer etmək hüququna malik olsa da, bundan yararlanmayıb.

Qeyd edək ki, Andre Silva "Milan"a 2017-ci ilin yayında 38 milyon avro qarşılığında "Portu"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest