Avropa Liqasının Bakıda keçiriləcək final qarşılaşmasını canlı yayımlayacaq İngiltərə kanalları müəyyənləşib. Azarkeşlər "Arsenal"la "Çelsi" arasında baş tutacaq görüşü iki telekanal vasitəsilə izləyə biləcəklər.

Avropa Liqasının Bakıda keçiriləcək final qarşılaşmasını canlı yayımlayacaq İngiltərə kanalları müəyyənləşib. Matc.az yerli mətbuata istinadən xəbər verir ki, azarkeşlər "Arsenal"la "çelsi" arasında baş tutacaq görüşü iki telekanal vasitəsilə izləyə biləcəklər.

Belə ki, "BT Sport" və "532 Virgin" kanalları, eyni zamanda "BT Sport"un yutub kanalı canlı yayım təşkil edəcək. Bu kanallar həmçinin çempionlar Liqasının final görüşünün də yayım hüququna malikdilər. 23:00-da start götürəcək "çelsi" - "Arsenal" qarşılaşmasını Bakıdan Cek Hampri şərh edəcək. Onun aparıcısı olduğu Avropa Liqası verilişi isə 18:30-dan etibarən canlı yayıma başlayacaq. Həmin verilişin qonaqları bu komandalarda oynamış Martin Keaun, Sesk Fabreqas və Eydur Qudyonsen olacaq.

Maraq üçün əlavə edək ki, "Liverpul"la "Tottenhem" arasında iyunun 1-də olacaq çempionlar Liqasının final oyununun canlı yayımında Qari Lineker, Rio Ferdinand, Frenk Lempard, Qlenn Hoddl, Cermayn Cenas, Maykl Ouen və Stiv Makmanaman iştirak edəcəklər.

Qeyd edək ki, "çelsi" - "Arsenal" oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest