Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Səbail" ilk transferini reallaşdırıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatna görə, Kamal Bayramov paytaxt təmsilçisi ilə anlaşıb.

Mövsüm başa çatan kimi "Zirə" ilə yollarını ayıran qolkiper yeni komandası ilə münasibətləri rəsmiləşdirib. Bayramov "Səbail"də karyerasını bitirən Fərhad Vəliyevi əvəz edəcək.

Qeyd edək ki, Kamal Bayramov 2015-ci ilin yayından bəri "Zirə"nin formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest