İngiltərə Premyer Liqasında uğursuz mövsüm keçirən "Arsenal" heyətində bəzi dəyişikliklərə hazırlaşır. Matc.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, "topçular"ın 5 futbolçu ilə yollarını ayıracağı, demək olar ki, dəqiqləşib.

Bunlar müdafiəçilər Naço Monreal, Karl Yenkinson, Stefan Lixtştayner, yarımmüdafiəçi Denis Suares və hücumçu Denni Uelbekdi. London təmsilçisi onlarla vidalaşmaq üçün Avropa Liqasının final oyununu gözləyir. Məhz mayın 29-da Bakıda "çelsi"yə qarşı baş tutacaq görüşdən sonra adçəkilən futbolçular yola salınacaq.

"Arsenal" bu "5-liy"ə görə təzminat problemi yaşamayacaq. çünki onların hamısının müqavilə müddəti bu yay başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest