22 May 2019, 17:52
FUTBOL
"Real"da daha bir futbolçunun taleyinə aydınlıq gəlib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Toni Kroosdan sonra müdafiəçi Naço Fernandes də yeni müqaviləyə qol çəkib.
"Kral klubu"ndan ayrılacağı deyilən 29 yaşlı mərkəz müdafiəçisinin yeni sözləşməsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 2011-ci ildə "Real"in heyətində debüt edən Naço Fernandes geridə qalan mövsüm La Liqada 20 oyun keçirib.