Futbol üzrə Qazaxıstan kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına start verilib. Matc.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Emil Balayevin çıxış etdiyi "Tobol" da növbəti oyununu keçirib.

Kustanay təmsilçisi doğma meydanda "Kaysar"la üz-üzə gəlib. Görüş ev sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmaya start heyətində başlayan Emil 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, iki komanda arasındakı cavab oyunu iyunun 19-da keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest