10 aydır işləyirəm və taleyim cəmi 90 dəqiqədən asılıdır? Bu, düzgün deyil. Əgər vəziyyət belədirsə, indidən çıxım gedim. Belə yanaşma yanlışdı. Siz ya mənim işimdən razısınız, ya da deyilsiniz.

"10 aydır işləyirəm və taleyim cəmi 90 dəqiqədən asılıdır? Bu, düzgün deyil. Əgər vəziyyət belədirsə, indidən çıxım gedim". Matc.az saytının məlumatına görə, bu sözləri "çelsi"nin baş məşqçisi Maurisio Sarri deyib.

UEFA Avropa Liqasının Bakıda keçiriləcək finalında "Arsenal"la qarşılaşacaq London klubunun çalışdırıcısı gələcək taleyinin final matçından asılı olması ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib.

O, yekun qərarın bir oyuna görə verilməsinin yolverilməz olduğunu qeyd edib: "Belə yanaşma yanlışdı. Siz ya mənim işimdən razısınız, ya da deyilsiniz. Gələcəyimin çərşənbə günü bəlli olacağı məni qayğılandırır. Bu barədə düşünmək istəmirəm. İndi bütün diqqətimizi finala yönəltməliyik. Hazırda iki illik müqaviləm var və başqa klublarla danışıq aparmıram. Finaldan dərhal sonra klubumla danışmalıyam. Bilməliyəm ki, onlar məndən razıdılar, ya yox? Əvvəl də demişəm ki, Premyer Liqada – dünyanın ən yaxşı çempionatında olmaq mənim üçün xoşdu. özümü xoşbəxt sayıram, amma situasiyanı yenidən müzakirə etməliyik".

İtaliyalı mütəxəssis təhlükəsizlik məsələlərini bəhanə gətirərək Bakıya gəlməkdən imtina edən "Arsenal"ın erməni futbolçusu Henrik Mxitaryanın qərarı barəsində sualı da şərh edib: "Bu məsələ məni çox məyus etdi. Həqiqətən də rəqibin bütün oyunçularını meydanda görmək istərdim. Amma vəziyyət elədir ki, Mxitaryan qərarı özü verib. Biz onu futbolçu kimi yox, insan kimi anlamalıyıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest