Əfsanəvi futbolçu Dieqo Maradona həbs edilib. Matc.az saytının məlumatına görə, o, Buenos-Ayres hava limanında saxlanılıb.

Vətənindən Meksikaya uçmaq istərkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılan əfsanəvi oyunçu polis bölməsinə gətirilib.

Onun həbs edilməsinin səbəbi isə keçmiş sevgilisi Rosio Olivanın şikayətçi olmasıdır.

Belə ki, keçmiş rəfiqəsinə 5.6 milyon avro borclu olan Maradona bu məbləği ödəməkdən imtina etmişdi.

Qeyd edək ki, Maradona hazırda Meksikanın "Dorados" klubunun baş məşqçisidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest