Ukrayna çempionatında XXX turun oyunları keçirilib. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" da növbəti görüşünü keçirib.

Sözügedən komanda səfərdə "Mariupol"la qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib. Hərəyə bir qol vuran komandalar 1 xalla kifayətlənməli olublar.

Paşayev görüşə start heyətində başlayıb və sona qədər meydanda olub.

Qeyd edək ki, 30 oyundan sonra aktivində 49 xal olan "Aleksandriya" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest