"Obameyanqın Premyer Liqadakı çıxışını gördükcə "mən də bunu edə bilərəm" düşüncəsinə qapılıram. Mənim üçün gözəl olacaq, çünki daim ondan məsləhətlər alacam. Təbii ki, rəqib olduğumuz zaman dostluq arxa plana keçəcək".

"çelsi"nin yeni transferi Kristian Pulişiç bu keçidə görə xoşbəxt olduğunu söyləyib. Matc.az saytı xəbər verir ki, Britaniya mətbuatına danışan gənc oyunçu Bundesliqadakı uğurunu Premyer Liqada da davam etdirəcəyinə inandığını deyib.

O, Dortmund "Borussiya"sında komanda yoldaşı olmuş Pyer-Emerik Obameyanqdan da məsləhətlər aldığını etiraf dib. 21 yaşlı yarımmüdafiəçi yeni komandasının Avropa Liqasının finalında məhz Obameyanqa diqqət yetirməli olduğunu sözlərinə əlavə edib.

ABŞ millisinin üzvü hətta finalla bağlı keçmiş komanda yoldaşı ilə söhbət etdiyini də gizlətməyib: "Obameyanqın Premyer Liqadakı çıxışını gördükcə "mən də bunu edə bilərəm" düşüncəsinə qapılıram. Mənim üçün gözəl olacaq, çünki daim ondan məsləhətlər alacam. Təbii ki, rəqib olduğumuz zaman dostluq arxa plana keçəcək. Emeriklə Avropa Liqasının finalı haqda söhbət etdik. Ona dedim ki, bir qol vuracaqsan, amma qalib gələ bilməyəcəksiniz".

Qeyd edək ki, "çelsi" ilə "Arsenal" arasında keçiriləcək Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda oynanılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest