Hollandiyanın əfsanəvi futbolçularından sayılan Robin van Persi Britaniya mətbuatına açıqlamasında Avropa Liqasının final oyunu barədə fikir səsləndirib. Karyerasını yenicə başa vuran 36 yaşlı hücumçu sabiq komandası "Arsenal"ı finalda bir addım öndə görür.

Hollandiyanın əfsanəvi futbolçularından sayılan Robin van Persi Britaniya mətbuatına açıqlamasında Avropa Liqasının final oyunu barədə fikir səsləndirib. Matc.az saytı xəbər verir ki, karyerasını yenicə başa vuran 36 yaşlı hücumçu sabiq komandası "Arsenal"ı finalda bir addım öndə görür.

O, 2004-2012-ci illərdə şərəfini qoruduğu "topçular"ın titula yiyələnəcəyini proqnozlaşdırıb: "Şəxsən mən "Arsenal"ın kuboku qazanmaq şansını daha çox görürəm. Onlar nisbətən güclüdülər. Düzdü, "çelsi"nin Eden Azar kimi təhlükəsi var. O, xüsusi futbolçudu və istədiyi zaman hadisələri dəyişə bilir. Bununla belə, Azərbaycanda zirvə "Arsenal"ın olacaq. Təbii ki, mən də keçmiş komandamı dəstəkləyəcəm".

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest