Bu gün Misli Premyer Liqasında XXXI tura start verilib.
Matc.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutub.
"Turan Tovuz" səfərdə "Araz-Naxçıvan"ın qonağı olub. "Liv Bona Dea Arena"da keçirilən görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.
Qeyd edək ki, tura 20 apreldə yekun vurulacaq.
Misli Premyer Liqası
XXXI tur
18 aprel
"Araz-Naxçıvan" – "Turan Tovuz" - 1:1
Qollar: İssuf Paro, 52 // Faiq Hacıyev, 33
Qırmızı vərəqə: Vanderson Melo, 76
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Babək Quliyev
"Liv Bona Dea Arena"
"Araz-Naxçıvan": 12. Kristian Avram 5. Qara Qarayev 34. Urfan Abbasov (k) 7. Ülvi İsgəndərov 26. Ömər Buludov 16. Ramon Maçado 29. Vanderson Melo 17. İssuf Paro 8. Karlos Jatoba 4. İqor Ribeyro 97. Felipe Santos
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 2. Slavik Alxasov 6. Vadim Abdullayev 22. Elçin Mustafayev 20. Turan Vəlizadə 11. Bayraməli Qurbanov 71. Sənan Ağalarov 57. Elcan Məmmədov 23. Nuno Rodriqes 10. Bernardo Dias
Baş məşqçi: Elmar Baxşıyev
"Turan Tovuz": 41. Sergey Samok 17. Rəhim Sadıxov 88. Faiq Hacıyev 11. Ayxan Hüseynov 7. İsmayıl Zülfüqarlı 9. Kristian da Silva 23. Alexandro Serrano 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 40. Kauan Martins 21. Aleks Souza
Ehtiyat oyunçular: 1. İvan Konovalov 71. Mehman Hacıyev 39. Sadiq Quliyev 19. Orxan Əliyev 33. Eltun Turabov 10. Xəyal Nəcəfov 8. Tural Bayramlı 13. Fərid Yusifli 77. Veysəl Rzayev 30. Mircamal Əlizadə 6. Araş Qaderi 29. Anton Kraçkovski
Məşqçi: Yunis Hüseynov