PSJ-nin müdafiəçisi Markinyoş karyerasını yenidən İtaliyada davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Braziliya millisinin üzvü "Yuventus"la anlaşıb.

25 yaşlı futbolçu "qoca sinyora" ilə danışıqları, demək olar ki, müsbət başa vurub. İndi qalır Fransa klubunu bu keçidə razı salmaq. PSJ oyunçunu yalnız 60 milyon avroya sata biləcəyini bəyan edib. Bu keçid üçün Miralem Pyaniçin qarşı tərəfə göndərilməsi istisna edilmir. çünki bosniyalı yarımmüdafiəçi də PSJ-nin maraq dairəsindədi. "Yuve" də onun qiymətinin 80 milyon avro olduğunu bildirib. Tərəflər bu dəyişiklikdə anlaşsa, o zaman PSJ qarşı tərəfə eyni zamanda 20 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, Markinyoş 2012-13 mövsümündə İtaliyada "Roma"nın formasını geyinib. Futbolçu 6 ildi PSJ-də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest