"Real"da daha bir futbolçunun taleyinə aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Luka Modriç karyerasını "kral klubu"nda davam etdirəcək.

Bir neçə klubun diqqət mərkəzində olan xorvatiyalı orta sahə oyunçusuna yeni müqavilə təklif edilib. 33 yaşlı futbolçu özü də rəhbərliyin sözləşmə müddətini 2021-ci ilin yayına qədər uzatmaq təklifinə razılıq verib.

Qeyd edək ki, "Real" bir müddət əvvəl Toni Kroos və Naço Fernandeslə də yeni müqavilə bağlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest