23 May 2019, 17:22
FUTBOL
İspaniya millisinin və "Real"ın sabiq baş məşqçisi Xulen Lopeteqi yeni mövsümdən iş başında ola bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssis ölkəsində çalışmağa yaxındı.
çünki "Sevilya" 53 yaşlı çalışdırıcının xidmətində maraqlıdı. ötən ilin oktyabrında "Real"dan qovulduqdan bəri işsiz olan Lopeteqi ilə klub arasında danışıqlar davam edir.
Onun "Bavariya"nın "sükanı arxası"na keçməsi də istisna edilmir.