Mövsümün sonunda "Bavariya" ilə yollarını ayıracaq Frank Riberi karyerasını yenidən Türkiyədə davam etdirə bilər. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, "Qalatasaray" fransalı ulduz futbolçunu qaytarmaq niyyətindədi.

Gələn aydan azad agent statusu daşıyacaq 36 yaşlı vingerə "cim-bom" rəhbərliyi rəsmi təklif göndərib. İstanbul nəhəngi 2005-ci ildə qalmaqallı şəkildə komandadan ayrılan Riberinin vəfa borcunu qaytarmasını istəyir. Bunun üçün ona 2 illik müqavilə təklif edilib.

"Qalatasaray"ın gələn mövsüm çempionlar Liqasının qrup mərhələsində iştirak etməsi Riberinin qərarına müsbət mənada təsir edə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest