La Liqanın prezidenti Xavyer Tebas "Barselona"nın baş məşqçisi Hans-Diter Flikin çempionatın həddən artıq yüklənməsi ilə bağlı tənqidinə cavab verib. Xüsusən də almaniyalı mütəxəssis qeyd edib ki, belə qrafik problemləri yalnız İspaniyada mövcuddur.
Matc.az xəbər verir ki, Tebas qrafik probleminə səbəbkar kimi UEFA-nı göstərib:
"Niyə Flik Çempionlar Liqasının yarımfinalını eyni gündə təşkil edə biləcək UEFA-dan şikayətlənmir? Niyə həmişə liqadan şikayətlənirlər? Biz bu sistemindən artıq 10 ildir ki, istifadə edirik.
Məhz UEFA Çempionlar Liqasının yeni formatını təqdim etməklə bu təqvimin həddindən artıq yüklənməsinə səbəb oldu. Biz bir, iki, üç və ya dörd komanda üçün deyil, bütün klublar üçün ən yaxşı həll yolunu axtarırıq".
Xatırladaq ki, "Barselona" aprelin 30-da, UEFA Çempionlar Liqasının yarımfinal görüşündə "İnter"lə qarşılaşacaq.