İngiltərə mətbuatı Bakıda keçiriləcək Avropa Liqasının finalı üçün daha bir "problem tapıb". Britaniyalılar indi də oyun zamanı tribunaların boş olacağını proqnozlaşdırır.
İngiltərə mətbuatı Bakıda keçiriləcək Avropa Liqasının finalı üçün daha bir "problem tapıb". Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, britaniyalılar indi də oyun zamanı tribunaların boş olacağını proqnozlaşdırır.
"çelsi" və "Arsenal"ın finala vəsiqə qazandığı gündən bəri min cür bəhanələr icad edən ingilislər əvvəl onlara az bilet ayrılmasından narahat idilərsə, indi həmin biletləri sata bilmədiklərini vurğulayıblar. Məsələ burasındadı ki, "Arsenal" cəmi 3500, "çelsi" isə 2000 bilet sata bilib. Qalan 6000-ə yaxın bilet isə geri qaytarılıb.
Yerli KİV iddia edir ki, oyun zamanı 68000 tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunun tribunalarında boş yerlər çox olacaq.
Qeyd edək ki, mayın 29-da keçiriləcək qarşılaşma yerli vaxtla 23:00-da başlayacaq.