Bolqarıstanın Sliven şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib. Matç.az saytı xəbər verir ki, Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilən oyunda 0:0 hesablı heç-heçə qeydə alınıb.

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun oktyabrın 25-də, saat 12:00-da keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest