24 May 2019, 10:48
FUTBOL
"Di-Si Yunayted"in hücumçusu Ueyn Runi karyerasını bitirdikdən sonra hansı işlə məşğul olacağını seçib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 34 yaşlı forvard məşqçi kimi özünü sınamaq fikrindədi.
İngiltərə yığmasının sabiq üzvü butslarını mıxdan asdıqdan sonra məşqçiliyə başlayacağını söyləyib: "Karyeramı bitirdikdən sonra məşqçiliklə məşğul olacam. Həyatımı futbolda keçirmişəm. Mən bu idman növünü sevirəm. özümü baş məşqçi kimi sınamaq qəribə olar və uğur qazanacağıma ümid edirəm. Yüksək səviyyəli futbolçularla oynamışam, futbol barədə çox məlumatım var".
Qeyd edək ki, Ueyn Runi bu mövsüm meydana çıxdığı 13 oyunda 7 qol, 3 assistlə yadda qalıb.