"Bavariya" Almaniya kubokunun finalında "Leypziq"ə qarşı keçirəcəyi oyuna ciddi itkilərlə çıxacaq. Matc.az xəbər verir ki, bu barədə Münhen klubunun məbuat xidməti məlumat yayıb.

Bildirilib ki, komandanın aparıcı üzvlərindən olan yarımmüdafiəçi Leon Qoretska və müdafiəçi Coşua Kimmix bu vacib görüşü buraxacaq. Qoretskanın əzələsində problem var. Kimmix isə ailə məsələlərinə görə finalda iştirak edə bilməyəcək.

Qeyd edək ki, həlledici qarşılaşma mayın 25-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest