19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd oyunla bağlı affa.az-a fikirlərini bildirib:
"Bolqarıstan yığması çox yaxşı, mobil komandadır. Oyun çox ağır keçdi". Matç.az saytı xəbər verir ki, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd deyib.
Bolqarıstanla 0:0 hesabı ilə başa çatan yoxlama oyunu barədə fikirlərini AFFA-nın saytına açıqlayan çalışdırıcı uzun yol qət etdiklərindən şikayətlənlənib: "Dünən Bakıdan Sofiyaya, ordan isə Sliven şəhərinə ümumilikdə 14 saatlıq yorucu yol qət etsək də, futbolçularımız əzmkar mübarizə apardılar. Buna görə onlara təşəkkür edirəm. Oyunda müəyyən çatışmayan nüanslar oldu və bunun üzərində çalışacağıq. Təəssüf ki, qol vura bilmədik. Amma futbolçular verilən tapşırıqları maksimum yerinə yetirmək üçün çox çalışdılar. Avropa çempionatının seçmə mərhələsinə qədər səylə çalışmalıyıq".