06 May 2025, 21:16
FUTBOL
"Bavariya" texniki tərəfdaşı "Adidas" ilə birlikdə 2025/2026 mövsümü üçün ağ səfər formasını təqdim edib.
Matc.az xəbər verir ki, yeni forma klubun doğma stadionunun 20 illik yubileyinə həsr ediləcək. "Arena Münhen" loqosu köynək yaxasının arxa hissəsində əks olunacaq.
Bildirilir ki, "Bavariya" futbolçuları ilk dəfə mayın 10-u şənbə günü meydana yeni formalarda çıxacaqlar. Bundesliqanın 33-cü turunda "Bavariya" doğma meydanda yeni formada Mönhenqladbax "Borussiya"sını qəbul edəcək.
Bundan əlavə, bu qarşılaşma mövsümün sonunda komandanı tərk edəcək "Bavariya"nın veteranı Tomas Müller üçün "Arena Münhen"də sonuncu olacaq.

