Bu gün Misli Premyer Liqasında XXXV turun oyunlarına start veriləcək.
Matc.az xəbər verir ki, turun ilk oyun günündə üç qarşılaşma baş tutacaq.
"Turan Tovuz" səfərdə "Sumqayıt"ın qonağı olacaq. "Zirə" "Sabah" ilə üz-üzə gələcək. "Şamaxı" isə doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edəcək.
Qeyd edək ki, tura sabah baş tutacaq iki qarşılaşma ilə yekun vurulacaq.
Misli Premyer Liqası
XXXV tur
17 may (şənbə)
17:00. "Sumqayıt" – "Turan Tovuz"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Alik Yunusov
VAR: Fərid Hacıyev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
17:00. "Zirə" – "Sabah"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Əliyar Ağayev
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Zirə İdman Kompleksinin stadionu
17:00. "Şamaxı" – "Araz-Naxçıvan"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Şamaxı şəhər stadionu